Yutta Lerdamın olimpiya forması hərracda rekord qiymətə satılıb
Niderlandlı olimpiya çempionu, sürətli konki sürmə ustası Yutta Lerdamın bu il İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunlarında geyindiyi idman forması hərracda rekord qiymətə satılıb.
"Far.Az" "nu.nl" portalına istinadən xəbər verir ki, hərracda formanın yekun satış qiyməti 195 min avro təşkil edib.
Satışdan əldə olunan vəsaitin böyük hissəsi Lerdamın uşaq yaşlarında idmana başladığı "Pijnacker" konki sürmə klubuna köçürüləcək. Hərracın təşkilatçıları bir geyim üçün ödənilən bu məbləği müstəsna hal kimi dəyərləndiriblər. Bildirilib ki, bu nəticə hərracı təşkil edən platforma tarixinin mütləq rekordudur və hətta Kriştianu Ronaldunun lotları belə indiyədək bu qiymətə satılmayıb.
Hərracda ümumilikdə 19 olimpiyaçının geyimi satışa çıxarılıb. Toplanan bütün vəsait çempionların yetişdiyi uşaq və gənclər klublarının dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, Milanda 500 metr məsafəyə sürətli konki sürmədə qızıl medal qazanan digər niderlandlı idmançı Femke Kokun forması isə 4 802 avroya alıcı tapıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













