DGK: Tərkibində dövriyyəsi məhdudlaşdırılmış maddələr olan məhsulların idxalında ciddi artım var
Far.Az xəbər saytı

DGK: Tərkibində dövriyyəsi məhdudlaşdırılmış maddələr olan məhsulların idxalında ciddi artım var


Azərbaycana poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsulların ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunur.

"Far.Az" xəbər verr ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumata görə, xüsusilə internet üzərindən sifariş edilən arıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcə də qida əlavələri bu baxımdan riskli məhsullar sırasında üstünlük təşkil edir.

Belə ki, 2023-cü ildə 13 fakt, 2024-cü ildə 9 fakt, 2025-ci ildə isə 99 fakt üzrə bu məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış sibutramin, preqabalin, qabapentin və digər güclü təsir edən maddələrin olması müəyyən edilib.

"Vətəndaşlar bu məhsulların tərkibi barədə məlumatlı olmadan müxtəlif onlayn platformalar vasitəsilə onları əldə edib ölkəyə gətirir. "Şəxsi istifadə" adı altında bəyan edilən bu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılara satılır. Onların həkim təyinatı olmadan əldə edilməsi və istifadəsi istehlakçıların sağlamlığı üçün təhlükə yaradır.

Naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet platformaları vasitəsilə təqdim olunan "arıqladıcı", "enerji artırıcı", "müalicəvi" adı altında satılan məhsulların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət məsuliyyəti də yaradır", - deyə Komitə bəyan edib.

Oxşar xəbərlər

İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər