Sumqayıt Sənaye Parkında 6 500-ə yaxın daimi iş yeri yaradılıb
Far.Az xəbər saytı

Sumqayıt Sənaye Parkında 6 500-ə yaxın daimi iş yeri yaradılıb


Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidentləri 5,5 milyard manatdan çox investisiya yatırıb, 6500-ə yaxın daimi iş yeri yaradıb.

"Far.Az" agentliyə istinadən xəbər verir ki, bu barədə Qananın Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin baş direktoru və inzibati rəhbəri Noah Tumfonun rəhbərlik etdiyi nümayəndə heyətinin Parka səfəri zamanı məlumat verilib.

Qonaqlara məlumat verilib ki, Parkda 46 rezident qeydiyyatdan keçib. İstehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də "Made in Azerbaijan" brendi altında Türkiyə, Rusiya, Ukrayna, Belarusiya, Çin, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunur.

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər