5-ci siniflər üzrə elektron diaqnostik qiymətləndirmə aparılıb - 118 mindən çox şagird iştirak edib
Far.Az xəbər saytı

5-ci siniflər üzrə elektron diaqnostik qiymətləndirmə aparılıb - 118 mindən çox şagird iştirak edib


Fevralın 9–28-i tarixlərində 5-ci sinif şagirdləri üçün rəqəmsal bacarıqların mövcud səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə informatika fənni üzrə elektron diaqnostik qiymətləndirmə həyata keçirilib.

Bu barədə Far.Az-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, ölkə üzrə ümumilikdə 118 137 şagird qiymətləndirmədə iştirak edib.

Təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər genişləndirilir, şagirdlərin müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması diqqət mərkəzində saxlanılır.

Belə ki, qiymətləndirmə 5-ci siniflərdə rəqəmsal savadlılığın ölçülməsi, təhsilin keyfiyyətinin artırılması, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və nəticələrin sistemli şəkildə təhlil olunmasına xidmət edir. Əldə olunan nəticələr tədris prosesinin daha da təkmilləşdirilməsi, metodiki dəstəyin gücləndirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində atılacaq addımların planlaşdırılması üçün əsas kimi istifadə ediləcək.

Qeyd edək ki, qiymətləndirmənin əsas məqsədi şagirdlərin rəqəmsal bacarıqlar üzrə bilik və bacarıq səviyyəsini yüksəltmək, aşağı nəticə göstərən şagirdlərin payını azaltmaq və yüksək nəticə göstərənlərin sayını artırmaqla ümumi keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olmaqdır. Bu yanaşma rəqəmsal savadlılığın davamlı inkişafını təmin etməyə yönəlib.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
"Peşə təmayüllü siniflər" layihəsi həyata keçirilir
"Bakcell" Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər