Azərbaycan I rübdə plastmassa məmulatları ixracından 65 milyon dollardan çox gəlir əldə edib
Far.Az xəbər saytı

Azərbaycan I rübdə plastmassa məmulatları ixracından 65 milyon dollardan çox gəlir əldə edib


Bu ilin yanvar-mart aylarında Azərbaycan 65 milyon 392 min dollar dəyərində 67 min 751 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu məmulatların ixracı həcm baxımından 6 min 661 ton (8,9 %), dəyər baxımından isə 16 milyon 351 min dollar (20 %) azdır.

Hesabat dövründə sözügedən məmulatlara çəkilən xərc Azərbaycanın ümumi ixrac xərclərinin 1,2 %-ni təşkil edib.

3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər