"Mançester Yunayted"in hədəfində olan Adeyemi Bundesliqanı tərk etmək niyyətindədir
Far.Az xəbər saytı

"Mançester Yunayted"in hədəfində olan Adeyemi Bundesliqanı tərk etmək niyyətindədir


"Mançester Yunayted" klubunun hədəfində olan "Borussiya"nın (Dortmund, Almaniya) futbolçusu Kərim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək niyyətindədir.

"Far.Az" "Bild" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif etsə də, 24 yaşlı vinger bu sövdələşməyə maraq göstərmir.

Almaniya klubunun əsas fiqurlarından biri hesab olunan Adeyemi ilə 2027-ci ilə qədər qüvvədə olan müqaviləni yeniləmək üçün danışıqlar aparılır. Lakin son vaxtlar meydandakı davranışı ilə tənqid olunan futbolçunun yayda gələcək təklifləri gözlədiyi və Bundesliqanı tərk etmək istədiyi bildirilir.

Transfer prosesində əsas çətinliklərdən biri Adeyeminin hazırkı müqaviləsində sərbəstqalma məbləğinin olmamasıdır. Bu isə o deməkdir ki, "Mançester Yunayted" və ya digər ingilis klubları transferi həyata keçirmək üçün Dortmund təmsilçisi ilə birbaşa razılığa gəlməli olacaqlar.

Qeyd edək ki, almaniyalı vinger 3 mövsüm əvvəl "Zaltsburq"dan "Borussiya"ya transfer olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Çox insanın gözlədiyi XOŞ XƏBƏR - Yaxın günlərdə...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər