Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək
Azərbaycanın göndərdiyi yanğınsöndürmə təyyarəsi saat 23.00-da Adnan Menderes hava limanına enəcək.
“Far.Az” xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
Nazir qeyd edib ki, gün ərzində daha 3 meşə yanğını baş verib. Hazırda 8 yanğının söndürülməsi davam edir, onlardan 4-ü artıq lokallaşdırılıb.
"Güclü küləyə baxmayaraq, yanğınla mübarizə 3 gündür davam edir. İzmirin Yamanlar rayonunda 3 təyyarə və 15 helikopter meşə yanğınlarının söndürülməsi ilə məşğuldur”, - nazir deyib.
İzmir şəhərinin Menderes rayonunda baş verən yanğının enerji ötürücü xəttindən qaynaqlandığı müəyyən edilib.
“Qapalı ərazilərin kənarında od yandırmaq olmaz”, - nazir xəbərdarlıq edib.
Oxşar xəbərlər
Türkiyəli nazir: Azərbaycanın amfibiya təyyarəsi İzmirdə yanğınsöndürmə əməliyyatında iştirak edəcək
Türkiyədə meşə yanğınlarına qarşı mübarizə üç gündür davam edir
Nazir: Dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı özünü bir daha göstərdi
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













