Çin bu il dövlət büdcəsinin kəsirini ÜDM-in təxminən 4%-i səviyyəsində planlaşdırır
Çinin 2026-cı il üçün dövlət büdcə kəsirinin hədəfi ÜDM-in təxminən 4%-i səviyyəsində qiymətləndirilir.
"Far.Az" xəbər verir ki, bu barədə 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin 4-cü sessiyası zamanı dərc olunmuş hesabatda deyilir.
"Bu il üçün kəsirin ÜDM-ə nisbəti təxminən 4% olaraq müəyyən edilib. Hökumət kəsiri 5,89 trilyon yuan olaraq müəyyən edilib", - deyə məlumatda bildirilir.
Çin Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin 2025-ci il üçün dövlət büdcəsinin xərcləri 1% artaraq 28,73 trilyon yuanı (4,12 trilyon dollar) keçib. Gəlirlər isə 1,7% azalaraq 21,6 trilyon yuana (3,1 trilyon dollar) çatıb.
Eyni zamanda Çin hökuməti 2026-cı il üçün ÜDM artımını 4,5-5% səviyyəsində hədəfləyib. Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkənin 2025-ci ildə ÜDM-in artım tempi 5% təşkil edərək 140,18 trilyon yuana (20,01 trilyon dollar) çatıb.
Çin hökumətinin hesabat dövrü üçün hədəfi "təxminən 5%" olub ki, bu da Beynəlxalq Valyuta Fondunun dekabr ayı proqnozuna uyğundur.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Dövlət rəsmiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapıldı
-
Günel Zeynalova: "Gözəl səsin, mahnıların həmişə bizimlə yaşayacaq"













