Dövlət rəsmiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Təhlükəsizlik Şurası katibi Ramil Usubov, onun müavini Mədət Quliyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. 36 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatlar Şəhidlər xiyabanını ziyarət edib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













