Gəncədə qadın evdə ölü körpə doğub - YENİLƏNİB
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanası Gəncədə evdə dölün ölü doğulmasına aydınlıq gətirib.
Xəstəxanadan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Gəncə şəhəri, Sevinc qəsəbəsi 32 ünvanından çağırış daxil olub.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1979-cu il təvəllüdlü qadın 5 aylıq hamiləlik (düşük) səbəbindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Gəncədə ölü körpə doğulub.
"Report" xəbər verir ki, martın 4-ü saat gecə saatlarında şəhər sakini 1979-cu il təvəllüdlü Aygün kərəm qızı Qasımova yaşadığı evdə ölü körpə doğub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













