Azərbaycanın ƏTİT-ə üzvlük prosesinin tamamlanması müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycanın ƏTİT-ə üzvlük prosesinin tamamlanması müzakirə edilib


Azərbaycanın Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına (ƏTİT) üzvlük prosesinin yaxın zamanda tamamlanması və təşkilata üzv ölkələr arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

"Far.Az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Bakıda kənd təsərrüfatı naziri Məcnun Məmmədov və ƏTİT-in baş direktoru Berik Arın arasında görüşdə aparılıb.

Eyni zamanda Azərbaycanın milli maraqlarına və kənd təsərrüfatı siyasəti prioritetlərinə uyğun beynəlxalq layihələrin həyata keçirilməsi, təşkilata üzv ölkələrin iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

Nazir bildirib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. O, Azərbaycanın qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, ölkənin ƏTİT ilə kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.

ƏTİT-in baş direktoru isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. O, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini, aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər