Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
Far.Az xəbər saytı

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib


Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci assambleyasında birliyin yeni sədri və baş katibi seçilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) "Far.Az"a verilən məlumata görə, Türkiyə Sığorta Assosiasiyasının sabiq sədri Atilla Benlinin namizədliyi sədr vəzifəsinə irəli sürülüb.

Səsvermənin nəticələrinə əsasən, A. Benli yekdilliklə yeni sədr seçilib.

Assambleyada Türk Dünyası Sığorta Birliyinin baş katibi vəzifəsinə isə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorunun müşaviri Məmməd Ağayevin namizədliyi irəli sürülüb. Təsisçilərin səsverməsi nəticəsində onun namizədliyi də yekdilliklə qəbul edilib.

Tədbir çərçivəsində birliyin 3-cü assambleyasının 2027-ci ildə Özbəkistanda keçirilməsi barədə də qərar qəbul olunub.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ildə Azərbaycan və Türkiyənin sığorta assosiasiyalarının birgə təşəbbüsü ilə təsis edilib. 2025-ci ildə Azərbaycanın Şuşa şəhərində keçirilən 1-ci assambleyada isə birlik Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq yenidən formalaşdırılıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər