Musiqi və rəssamlıq sahələri üçün ayrıca sertifikasiya meyarlarının hazırlanması təklif olunub
Far.Az xəbər saytı

Musiqi və rəssamlıq sahələri üçün ayrıca sertifikasiya meyarlarının hazırlanması təklif olunub


Azərbaycanda musiqi və rəssamlıq sahələri üçün ayrıca sertifikasiya meyarlarının hazırlanması təklif olunub.

"Far.Az" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərindəki müəllimlərin sertifikasiya imtahanı üçün keyfiyyətli sual bazasının hazırlanması, mütəxəssislərin yetişdirilməsini və güclü rəqəmsal sistemin qurulması vacibdir:

"İlkin mərhələdə pilot layihənin tətbiqini və nəticələrə əsasən təkmilləşdirmələrin aparılması önəmlidir. Eyni zamanda motivasiyanın artırılması da vacibdir. Hesab edirəm ki, uğurlu nəticə göstərən müəllimlərə topladıqları nəticələrə uyğun differensial əməkhaqqı əlavəsinin verilməsini, karyera yüksəlişində üstünlük tətbiq olunmasını və sertifikasiya nəticələrinin işə qəbul və təyinat zamanı əsas meyar kimi istifadə edilməsini təmin etmək də vacibdir".

V.Qafarov bildirib ki, sertifikatlaşdırma işdən çıxarma vasitəsinə deyil, peşəkar inkişaf alətinə çevrilməlidir:

"Musiqi, incəsənət və rəssamlıq sahələri üçün ayrıca meyarların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi də vacibdir. Hesab edirəm ki, bu dəyişikliklər həyata keçirilərsə, təhsilin keyfiyyəti yüksələcək, müəllimlərin peşəkar inkişafı güclənəcək və dövlət vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər