Nərgiz Qurbanova: "Avropa çempionatının seçmə mərhələsində Belçika ilə ilk matç çətin olacaq"
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Belçika ilə ilk matçı çətin keçəcək.
Bunu "Far.Az"a açıqlamasında yığmanın baş məşqçisi Nərgiz Qurbanova bildirib.
O, hazırlıq prosesi və qarşıdakı oyunlar barədə danışıb:
"Sloveniyada təşkil olunacaq seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə bu gündən təlim-məşq toplanışına başlamışıq. Hazırlıq prosesi martın 10-na qədər davam edəcək və daha sonra Sloveniyaya yollanacağıq. İlk oyunumuz martın 12-də Belçikaya qarşı olacaq. Ayın 15-də ev sahibi, 3 gün sonra isə Farer adaları ilə qarşılaşacağıq. Hər üç matç bizim üçün çox vacib və əhəmiyyətlidir. Qrupu dəyərləndirsək, Belçika ilə ilk matçın çətin keçəcəyini düşünürəm. Çünki rəqib illərlə A Liqasında çıxış edib və uzun müddətdən sonra ilk dəfə B Liqasına düşüb. Sloveniya və Farer adalarının da heyətində kifayət qədər yaxşı futbolçular var".
Mütəxəssis heyətlə bağlı narahatlığını ifadə edib:
"Təəssüf ki, iki futbolçumuz zədə səbəbindən toplanışa dəvət olunmayıb. Həmçinin əsas heyətdə çıxış edən beş oyunçunun aktivində sarı vərəqə var. Belçika ilə görüşdə yenidən sarı vərəqə alsalar, növbəti oyunu buraxmalı olacaqlar ki, bu da bizə ciddi çətinliklər yarada bilər".
Qeyd edək ki, B Liqasının 3-cü qrupunda yer alan U-17 martın 12-də Belçika, 15-də Sloveniya, 18-də isə Farer adaları ilə qarşılaşacaq. Görüşlər Sloveniyada baş tutacaq.
Oxşar xəbərlər
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qurban Qurbanova ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













