Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb
Far.Az xəbər saytı

Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb


Naxçıvan Muxtar Respublikasındakı Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi tədbirlərin davam olaraq baş tutub.

Belə ki, Nazirliyin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü ilin dekabr ayından Naxçıvan iqtisadi rayonu ərazisində qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi işlərinə başlayıb. Bu işlər çərçivəsində axtarış-kəşfiyyat quyusu qazılıb, 38 ədəd kern nümunəsi götürüləcək üzərində laborator analizlər aparılıb, müsbət nəticələr əldə edilib. Belə ki, qurğuşunun (Pb) miqdarı sınaqların 19-da 1,023–2,546 %, 6-da isə 0,5–0,935 % təşkil edib.

Adıçəkilən filizləşmə sahəsində layihə dərinliyi 250 paqonmetr olan 249 paqonmetr dərinliyində ikinci axtarış-kəşfiyyat quyusu da qazılıb. 2024-cü ilin sentyabr ayının sonlarında başa çatan buruq-qazma işləri zamanı kern nümunələri götürülüb və analizlər aparılması üçün laboratoriyaya göndərilib.

Əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi məqsədilə indiyədək 1392 m3 həcmində xəndək qazılıb. Layihə üzrə 3-cü axtarış-kəşfiyyat quyusunun qazılacağı yer müəyyənləşdirilib, qazma aqreqatının servis-təmir işlərinə, quyu meydançasına yanaşma yolunun çəkilməsinə və digər kameral işlərə başlanılıb.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər