Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
Far.Az xəbər saytı

Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi


Baku TV-nin "Aktual Gündəm" verilişində millət vəkili Hikmət Babaoğlu İranın Azərbaycanla münasibətlərindəki siyasətinə münasibət bildirib.

"Biz hər zaman İranın sərhəd bütövlüyünü dəstəklədik və heç vaxt İrana qarşı olan sanksiyalara qoşulmadıq. Ərazimizdən İrana qarşı hər hansı bir təhlükənin olmasına da icazə vermədik. Lakin İranın Azərbaycana qarşı münasibəti heç vaxt müsbət olmayıb. Onlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dəstək verib, Türkiyəyə qarşı döyüşən "Həşdi-Şabi" ilə birlikdə olub. İran, həmçinin Baybucaq türkmənlərini qətlə yetirib, PKK-nı dəstəkləyib", - deyə millət vəkili qeyd edib.

H.Babaoğlu İranın Azərbaycana qarşı sərgilədiyi siyasəti sərt şəkildə tənqid edərək Zəngəzur dəhlizinin açılmasına da maneə törətdiyini bildirib: "İran bizim Zəngəzur dəhlizinin açılmasına "mənim qırmızı xəttimdir" deyərək icazə vermədi. Bu da İranın riyakarlığını göstərir".

Millət vəkili İrandakı Azərbaycan türklərinə qarşı İranın apardığı siyasəti də qeyd edib.

H.Babaoğlu İranın məqsədinin Azərbaycanla İrandakı türklər arasında düşmənçilik yaratmaq olduğunu bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Samir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib
Zəngəzur dəhlizinin Naxçıvandan keçən hissəsində dəmir yolu tikintisindən SON GÖRÜNTÜLƏR
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər