İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?
Far.Az xəbər saytı

İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?


İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub. İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Silahlı Qüvvələr bu məsələ ilə bağlı lazımi araşdırma və tədqiqat aparır.

Baku TV-nin "Aktual Gündəm" verilişində bu barədə məlumat verilib.

Bildirilib ki, Abbas Əraqçı eyni zamanda vurğulayıb ki, Azərbaycana qarşı hər hansı bir hücum edilməsini mümkün saymır və bu faktı təkzib edib. O, həmçinin qeyd edib ki, iki ölkə arasındakı münasibətləri pozmaq üçün İsrail tərəfindən təxribatlar törədilə bilər. A.Əraqçı dörd Azərbaycan vətəndaşının yaralanmasını təəssüf hissi ilə yanaşıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan və İsrail xarici işlər nazirləri arasında da telefon danışığı olub. İsrailin xarici işlər naziri İran tərəfindən Azərbaycana edilən hücumu pisləyərək bu hücumun qəsdən edildiyini və tamamilə qəbuledilməz olduğunu bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər