Dövlət Vergi Xidməti "OBA"nı məşğulluğa töhfəyə görə təltif edib
İqtisadiyyat Nazirliyində "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda forum təşkil olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər və iş adamları iştirak ediblər.
Forumda "OBA Market" MMC "Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən" nominasiyası üzrə təltif olunub. Təltifnaməni "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Baş nazirin müavini Samir Şərifov və iqtisadiyyat naziri Mikayıl Cabbarov təqdim ediblər.
"OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, bu cür təltiflər məşğulluğa dəstək istiqamətində atılan addımların daha da stimullaşdırılmasına xidmət edir və bu sahəyə verilən töhfənin belə yüksək qiymətləndirilməsi qürur hissi yaradır.
Məşğulluğa dəstək, kadrların inkişafı, xüsusilə də regionlarda bu sahədə irəliləyişin təmin olunması "OBA" marketlər şəbəkəsi üçün prioritet istiqamətlərdən hesab olunur. 2025-ci ildə "OBA" olaraq iki mindən çox insan müxtəlif vəzifələr üzrə işlə təmin olunub və onların karyera inkişafına dəstək göstərilib. Bu isə şirkətin məşğulluğun artırılmasına və insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.
"OBA" yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, eyni zamanda əməkdaşların davamlı inkişafını dəstəkləyən təlim proqramları, daxili karyera imkanları və motivasiyaedici iş mühiti formalaşdırır. Bu yanaşma sayəsində əməkdaşların potensialının üzə çıxarılması, onların uzunmüddətli karyera qurmasına şərait yaradılması və ümumilikdə ölkədə məşğulluğun inkişafına töhfə verilməsi əsas prioritetlərdən biri olaraq qalır.
"OBA" marketlər şəbəkəsi ölkə üzrə geniş mağaza infrastrukturu ilə minlərlə insanın məşğulluq imkanlarının yaradılmasına və regionlarda iş yerlərinin artırılmasına davamlı töhfə verir. Şirkət fəaliyyətə başladığı gündən etibarən yerli məşğulluğun dəstəklənməsi, gənclərin iş həyatına cəlb olunması və sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət istiqamətini prioritet olaraq müəyyən edib.
Bu mükafat "OBA" marketlər şəbəkəsinin ölkə iqtisadiyyatına verdiyi töhfənin və məşğulluğun artırılması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.
Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi ötən il də məşğulluğun inkişafına verdiyi töhfəyə görə eyni mükafata layiq görülmüşdü.
Oxşar xəbərlər
OBA "OBA-da gənclərin izi" ilə 10 illik tədbirlər planına start verdi
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Samir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













