Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb


Martın 6-da saat 17 radələrində Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub bürosuna verilən məlumata görə, Masallı şəhər sakini 36 yaşlı İ.Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngi ilə R.Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib.

İ.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədən zaman istifadə etdiyi tüfəng aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər