Naxçıvanda prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib
Far.Az xəbər saytı

Naxçıvanda prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib


Naxçıvanda prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Prokurorunun müavini ədliyyə müşaviri Amil Rəhimov çıxış edərək prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini prokurorluğun yaranmasının 106-cı il dönümü münasibətilə təbrik edib.

Qeyd edilib ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib.

Bundan sonra da prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında muxtar respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Prokurorluğun veteranları və gənc hüquqşünaslarla görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər