Rahid Əmirquliyev: "6510 manatlıq cərimə I Liqa klubu üçün çox böyükdür"
6510 manatlıq cərimə I Liqa klubu üçün çox böyükdür.
Bunu "Report"a açıqlamasında "Şahdağ Qusar"ın prezidenti Rahid Əmirquliyev deyib.
O, komandasının AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib:
"Belə cərimələr I Liqa klubları üçün böyük məbləğ sayılır. İnanmaq istəmirəm ki, klubumuzun həkimi Müşfiq Hümmətli matçın baş hakimini təhqir və ya təhdid edib. Hətta bu barədə onun özündən soruşdum. Cavab olaraq bildirdi ki, birinci hakim ona nəsə əlavə söz deyib, həkimimiz də cavab verib. Lakin belədir ki, baş hakimin sözünə inanılır və cərimələr tətbiq edilir. Amma biz deyəndə, ona baxılmır. Məşqçi Babək Allahverdiyevə də qırmızı vərəqə göstərildi və onu da cəzalandırdılar. O da mənə bildirdi ki, normal oyun vaxtı etirazını bildirib, bununla belə qarşılığı sərt olub".
Klub rəhbəri bu cür halların klubun imicinə zərbə vurduğunu söyləyib:
"Onsuz da I Liqa klubları üçün ayrılan büdcə bir çox xərclərə yetmir. Bir də belə bir cərimə əlavə yükdür və klubun fəaliyyətini daha da çətinləşdirir. İnanın, biz hər zaman oyunlar zamanı maksimum diqqətli oluruq. Futbolçulara bildirirəm ki, hakimlə əlavə söhbətlər etməyin, qərarlara sakit yanaşın. Çünki artıq hərəkətlər klubun imicinə zərər gətirə bilər".
Rahid Əmirquliyev qərardan apellyasiya şikayəti verməyi düşünmədiklərini deyib:
"Şikayət etsək, gərək sübutlarımız olsun. Lakin günahsız olduğumuzu sübut edə bilmirik".
Qeyd edək ki, "Şahdağ Qusar" klubu AFFA İntizam Komitəsi tərəfindən 6510 manat cərimələnib. Buna XVII turda "Şəfa" ilə oyunda yaşananlar səbəb olub. Qusar təmsilçisi 4 nəfər sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Komandanın həkimi Müşfiq Hümmətli hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün növbəti 4 matça buraxılmayacaq. Klub bu səbəbdən 3000 manat ziyana düşüb.
Hakimi təhqir edən məşqçi Babək Allahverdiyev birbaşa qırmızı vərəqə aldığı üçün eyni cəza ilə üzləşib və "Şahdağ Qusar" daha 3000 manat cərimələnib. Bundan əlavə, klubun icraçı direktoru Mirzə Bayrampul buraxılış akkreditasiyası olmadan Zona 1-ə daxil olub. Bu, I Liqa təmsilçisinə 300 manata başa gəlib.
Oxşar xəbərlər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
"Şahdağ Qusar" İntizam Komitəsinin qərarı ilə 6510 manat cərimələnib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib













