Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə yaxınlaşıb
Far.Az xəbər saytı

Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə yaxınlaşıb


Bu ilin fevralın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1782,0 min nəfər olub.

"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,2 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 % artaraq 1103,8 manat təşkil edib.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Qəbələdə meşə fondu torpağında qanunsuz tikinti aşkarlanıb, qanunamüvafiq tədbirlər görülüb
Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər