8 Noyabr prospektindəki ticarət obyektinin qarşısında parkinqə çevrilən səki yeri - VİDEO
Bakıda 8 Noyabr prospektində səkilərin daralması vətəndaşların narazılığına səbəb olub.
BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Videonu çəkən vətəndaş prospektdə səkinin “Araz” marketdən keçən hissəsinin daraldığını və həmin hissənin parkinqə çevrildiyini bildirir.
Məsələ ilə bağlı Oxu.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 8 Noyabr prospektində qeyd olunan ərazidə aparılan bərpa-quruculuq işləri çərçivəsində səki infrastrukturu parametrlərinə toxunulmadan saxlanılıb və yenilənib.
"Sözügedən ərazidə piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkəti üçün lazımi şərait mövcuddur. Səkilərin yaradılması istiqamətində işlər davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
Məsələ ilə bağlı “Araz” marketin mətbuat xidmətindən BAKU.WS-ə məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.
BAKU.WSOxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













