Kiberpolis "TikTok", "Instagram" və "Telegram"da hədə-qorxu ilə pul tələb edən şəxsi tutub - VİDEO
Far.Az xəbər saytı

Kiberpolis "TikTok", "Instagram" və "Telegram"da hədə-qorxu ilə pul tələb edən şəxsi tutub - VİDEO


Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, bu istiqamətdə kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 21 yaşlı Mirhüseyn Atakişiyev saxlanılıb.

Müəyyən olunub ki, M. Atakişiyev "TikTok", "Instagram" və "Telegram" sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib. Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və video görüntülərin daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. M. Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Bir daha bildiririk ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşdığınız hər bir foto və video müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və sui-istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara sosial şəbəkə hesablarında şəxsi foto və videolarını paylaşarkən son dərəcə diqqətli olmağı, şəxsi məlumatlarını və görüntülərini tanımadıqları şəxslərlə bölüşməməyi, şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edirik. Unutmayın ki, şəxsi məlumatların qorunması ilk növbədə hər kəsin öz məsuliyyətidir", DİN-dən bildirilib.

Oxşar xəbərlər

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Tələbələrin fotolarını montaj edib yayan şəxsə cinayət işi açıldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər