Kriştianu Ronaldonun oğlu Portuqaliya millisinin U-17 komandasına dəvət alıb
Far.Az xəbər saytı

Kriştianu Ronaldonun oğlu Portuqaliya millisinin U-17 komandasına dəvət alıb


Kriştiano Ronaldonun oğlu Kriştiano duş Santuş karyerasında yeni mərhələyə qədəm qoyub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilk dəfə Portuqaliyanın U-17 yığmasına dəvət edilib.

Məlumata görə, hücumçu baş məşqçi Filipe Ramuşun qarşıdakı oyunlar üçün açıqladığı 23 nəfərlik heyətə daxil edilib. Portuqaliya millisi bu komanda ilə 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun gənclər komandasında çıxış edən Kriştiano duş Santuş daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da forma geyinib. O, U-16 komandasında 9 oyunda 3, U-15 millisində isə 4 matçda 2 qol vurub.

Portuqaliya seçməsi Avropa çempionatının seçmə mərhələsində noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq.

Beləliklə, Ronaldo soyadının Portuqaliya millisindəki davamçısı daha bir addım irəliləyərək U-17 səviyyəsində özünü göstərmək imkanı qazanıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər