Bakıda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə olunub
Far.Az xəbər saytı

Bakıda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə olunub


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 71 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb. Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə edilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Bakıda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə olunub

Oxşar xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər