Qərb derbisində qalib müəyyənləşmədi
Far.Az xəbər saytı

Qərb derbisində qalib müəyyənləşmədi


Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən qərb derbisində qalib müəyyənləşməyib.

Far.Az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüşdə "Kəpəz" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı 55-ci dəqiqədə "Kəpəz"in futbolçusu Rəhman Hacıyev açıb. "Turan Tovuz" isə 61-ci dəqiqədə Joarlem Santosun qolu ilə bərabərliyi təmin edib.

Bu nəticədən sonra Avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 17 xala malik "Kəpəz" isə onuncu sırada yer alıb.

Qeyd edək ki, turun digər oyunlarında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0, "Qarabağ" isə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
Röya Ayxandan İDDİALI FOTOSESSİYA
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Azərbaycan Premyer Liqasında güc bölgüsü: "Qarabağ" evdə, "Sabah" səfərdə liderdir - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər