Elmin Əliyev: "Avropa çempionatındakı rəqiblərimin hər biri kifayət qədər təcrübəli idi"
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi yunan-Roma güləşçisi Elmin Əliyevin (82 kq) rəqiblərinin hər biri kifayət qədər təcrübəli olub.
"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, idmançı bunu jurnalistlərə açıqlamasında deyib.
Avropa çempionu yarışa hazırlaşmaq üçün çox əziyyət çəkdiyini söyləyib:
"Yarışa ciddi hazırlaşmışdım. Çox əziyyət çəkmişdim. Şükür Allaha ki, qızıl medal qazandım. Rəqiblərimin hər birinin kifayət qədər medalları vardı, təcrübəli idilər. Çəkdiyim əziyyətin bəhrəsini gördüm. Bu yolda mənə dəstək göstərdikləri üçün ailəmə, məşqçilərimə, həmçinin Azərbaycan Güləş Federasiyasına, Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümü bildirmək istəyirəm".
O, finala gedən yolda asan rəqiblə qarşılaşmadığını vurğulayıb:
"Finala qədər olan yolda bütün rəqiblərim çətin idi. Hər biri güc baxımından eyni idi və zəif deyildilər".
Güləşçi növbəti hədəflərindən danışıb:
"Qarşıdan gənclərin Avropa çempionatı gəlir. Daha sonra U-20 və U-23 dünya çempionatları olacaq. Hər birində iştirak etməyə çalışacağam. Məşqçilər məsləhət görsə, böyüklərin də yarışına qoşularam".
Qeyd edək ki, E. Əliyev finalda gürcüstanlı rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan daha bir güləşçisi Serbiyada U-23 Avropa çempionatında medal qazanıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













