Naxçıvanda "TikTok"da kredit vədi ilə kiberdələduzluq edən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Naxçıvanda "TikTok"da kredit vədi ilə kiberdələduzluq edən şəxs saxlanılıb


Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb.

Naxçıvan DİN-dən Far.Az-ə verilən məlumata görə, Muxtar Respublikada polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiberdələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də "TikTok" platformasında " *azturan83* ", " *turanbank_az* ", " *azeturanbank* " və " *krediagro* " adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50-yə yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər