Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 (4) ünvanında yerləşən, 3741 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə faktı ilə bağlı edilən xəbərdarlıqlara baxmayaraq, təmir işləri yenidən davam etdirilib.
Bu barədə BAKU.WS-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tarixi memarlıq abidəsində qanunsuz təmir işləri ilə bağlı pozuntu ilk dəfə 2025-ci ilin oktyabr ayında aşkar edilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyən edilib. Həmin vaxt qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılması ilə bağlı xəbərdarlıq olunub.
Lakin edilən xəbərdarlıqlara baxmayaraq, 14 mart tarixində abidədə təmir işlərinin yenidən davam etdirildiyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Dövlət Xidməti Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısını alıb
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən baxımsız mədəniyyət evi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













