Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Hacı Əziz məscidində aparılan qanunsuz təmir işlərinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Hacı Əziz məscidinə (3200 inventar nömrəli) müdaxilə faktı aşkar edilib.
Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən məscidə baxış keçirilən zaman "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyən edilib.
Qanunsuz təmir işlərini həyata keçirən podratçı şirkət - "Dostluq H-EL" MMC-nin nümayəndələrinə işlərin dərhal dayandırılması və abidənin ilkin vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilib.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində abidənin xarici divarına vurulan suvaq qatı təmizlənərək ilkin görkəminə qaytarılıb.
İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













