Azərbaycan Aİ ilə “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Aİ ilə “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib


Braziliyanın G20-yə sədrliyi çərçivəsində keçirilən enerji tədbirlərində iştirak məqsədilə Foz do İquaçu şəhərində səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

“Far.Az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə təbii qaz təchizatı, “yaşıl enerji” tərəfdaşlığı və COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

COP29 Sədrliyinin irəli sürdüyü 14 təşəbbüsün 3-nün enerji sahəsini əhatə etdiyi qeyd olunub. COP çərçivəsində Aİ ilə birgə planlaşdırılan tədbirlər, o cümlədən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Gürcüstan, Rumıniya, Macarıstan, Bolqarıstanın, eləcə də şirkətlər və maliyyə institutlarının iştirakı ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə keçiriləcək yüksək səviyyəli tədbir zamanı layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının təqdim olunması ilə bağlı fikir mübadiləsi edilib. Bu dəhliz üzrə işlərin cari vəziyyəti, layihənin Mərkəzi Asiya ölkələrinin qoşulmaqla genişləndirilməsi istiqamətində atılan addımlar nəzərdən keçirilib. Gələn il layihəyə PMI (Ortaq Maraqlar Layihəsi) statusu üçün müraciət ediləcəyi bildirilib.

Həmçinin Naxçıvan üzərindən Türkiyə vasitəsilə Avropaya “yaşıl enerji” infrastrukturunun qurulmasına da toxunularaq bu layihələrin əhəmiyyəti Avropada elektrik enerjisinə gözlənilən tələbat artımı, enerji təhlükəsizliyi və enerji keçidi kontekstində dəyərləndirilib.

10:38

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə təbii qaz təchizatı və “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib.

“Far.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, Braziliyada Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simsonla təbii qaz təchizatı və “yaşıl enerji”nin tədarükü layihələri, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə əməkdaşlığı dəyərləndirib.

“COP29-un enerji təşəbbüsləri, “Enerji Günü”nə planlaşdırılan tədbirlər, Aİ-nin iştirakı ilə Xəzər-Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizınə həsr olunmuş yüksək səviyyəli toplantıda layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin təqdimatı və gələn il PMI statusuna müraciətlə bağlı fikir mübadiləsi apardıq”, deyə P. Şahbazov qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ursula fon der Lyayen: Ukraynanın Aİ-yə inteqrasiyası səylərimizin mərkəzindədir
Pərviz Şahbazov Qırğızıstanda bir sıra görüşlər keçirib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropa İttifaqının strateji marağındadır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər