SOCAR-ın vitse-prezidenti: “Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"
Far.Az xəbər saytı

SOCAR-ın vitse-prezidenti: “Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"


Metan emissiyalarının azaldılması Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emissiyaların azaldılması proqramının tərkib hissəsidir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" mövzusunda panel sessiyasının açılışında deyib.

O qeyd edib ki, şirkət dekarbonizasiya prosesini optimallaşdırmaq üçün müntəzəm olaraq zərərli emissiyaları ölçür.

"Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkillərini tədqiq edirik. Biz, həmçinin peşəkar şirkətləri cəlb edərək yerdə ölçmə üsullarından istifadə etməyə başlamışıq və onlarla birlikdə metan emissiyaları ilə mübarizəmizi optimallaşdırmağa kömək edəcək süni intellekt aləti hazırlayırıq", - Ə.İsayev bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Alimlər: Son 20 ildə metan emissiyaları kəskin artıb
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər