AFFA nümayəndələri UEFA-nın seminarında iştirak ediblər
Far.Az xəbər saytı

AFFA nümayəndələri UEFA-nın seminarında iştirak ediblər


AFFA nümayəndələri Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın "Oyun təhlilinə dair Share seminarı"nda iştirak ediblər.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər.

AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər.

Tədbir çərçivəsində oyun təhlili, müasir təhlil tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun təhlili mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Beynəlxalq kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarına baxış keçiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər