Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib.
"Far.Az" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 18-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2020-2022-ci illərdə "Aqrar İnnovasiya və Təchizat şirkəti" ASC-nin Salyan rayonunda yerləşən anbarında işlədiyi müddət ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Monteneqronun ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Monteneqrodan Azərbaycana birbaşa reys olmadığından Ədliyyə Nazirliyi tərəfindən Türkiyənin səlahiyyətli orqanları ilə danışıqlar aparılaraq, tranzit icazəsi alınıb və Mənsimov Ramil Yaqub oğlu nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Monteneqrodan Azərbaycana gətirilərək məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
"Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













