12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib
Far.Az xəbər saytı

12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan da daxil olmaqla 12 ölkənin xarici işlər nazirləri və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə məsləhətləşmə xarakterli toplantı baş tutub.

BAKU.WS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, görüşdə Azərbaycanla yanaşı Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətləri iştirak ediblər.

Toplantı zamanı İranın region ölkələrinə yönəlmiş hücumları geniş müzakirə olunub və bu addımlar kəskin şəkildə qınanılıb. İştirakçılar vurğulayıblar ki, hücumların dayandırılması gərginliyin azaldılması, bölgədə sabitliyin bərpası və təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biridir. Eyni zamanda, mövcud böhranların həlli üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib

Oxşar xəbərlər

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər