Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sistemi təkmilləşdirilib
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sistemi təkmilləşdirilib.
Far.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddi aşağıdakı qaydada müəyyən edilib:
- tabeliyi olmayan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə "Dövlət qulluğu haqqında" qanunun 8.1.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarında analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 %-i həcmində;
- dövlət orqanlarının və bu Fərmanın 1.1-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə "Dövlət qulluğu haqqında" qanunun 8.1.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 %-i həcmində;
- bu Fərmanın 1.2-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə (rəhbər və müavin vəzifələri istisna olmaqla) münasibətdə "Dövlət qulluğu haqqında" qanunun 8.1.6-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 %-i həcmində.
Nazirlər Kabineti üç ay müddətində bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.
Oxşar xəbərlər
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları
-
Qubada 19 kq narkotik aşkarlanıb













