Elşən Abdullayev: "Vurduğum zərbənin gözəl qola çevriləcəyini gözləmirdim"
Far.Az xəbər saytı

Elşən Abdullayev: "Vurduğum zərbənin gözəl qola çevriləcəyini gözləmirdim"


I Liqada çıxış edən "Baku Sportinq"in futbolçusu Elşən Abdullayev "Cəbrayıl" komandasına vurduğu cərimə zərbəsinin gözəl qolla nəticələnəcəyini gözləməyib.

Bunu "Far.Az"a açıqlamasında yarımmüdafiəçinin özü bildirib.

"Ayın qolu" layihəsinin qalibi olan futbolçu təəssuratlarını bölüşüb:

"Son vaxtlar komandada cərimə zərbələrini baş məşqçi mənə həvalə edirdi. "Cəbrayıl"la oyunda vurduğum zərbənin bu qədər gözəl qola çevriləcəyini gözləmirdim. Baxmayaraq ki, matçda qol vuracağımı hiss edirdim. Hətta, o cərimə zərbəsindən bir qədər əvvəl eynisini vurmuşdum. Sadəcə həmin top dirəkdən geri döndü. Şadam ki, vurduğum qol fevral ayının ən yaxşısı seçildi. Karyeramda başqa mükafatlar qazanmışam. Vurulan ən gözəl qola görə ilk mükafatımı aldım. Peşəkar Futbol Liqasına bu layihəyə görə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Elşən Abdullayevə mükafatı XIX turun "Baku Sportinq" – "Mingəçevir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub
İranın dronla vurduğu Naxçıvan aeroportunun içindən GÖRÜNTÜLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər