Bu gün Xalq artisti Rübabə Muradovanın doğum günüdür
Bu gün Xalq artisti Rübabə Muradovanın doğum günüdür.
O 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub.
R.Muradova Sabirabadda dram teatrında təhsil alıb. Daha sonra Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib.
O, 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1955-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirib.
1971-ci ildə Azərbaycan SSRİ Xalq artisti adına layiq görülüb. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Azərbaycan musiqi tarixində böyük xidmətləri olan R.Muradova uzun illər Opera və Balet Teatrının solisti kimi "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl", "Aşıq Qərib" operalarında baş rolları ifa edib. Onun ifasında olan Leyli ("Leyli və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" - Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl" – Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova) "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Xalqın sevimlisi Rübabə Muradova 28 avqust 1983-cü ildə 50 yaşında Bakıda vəfat edib və Yasamal rayonunda yerləşən qəbiristanlıqda dəfn edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Unudulmaz sənətkar Rübabə Muradovanın doğum günüdür
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB
-
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib













