AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Far.Az xəbər saytı

AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub


AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

"Far.Az" agentliyə istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının hüquqşünası Tamas Vass və antidopinq koordinatoru Andrea Ember Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qonağı olublar.

Qonaqlar AMADA-nın fəaliyyəti ilə yaxından tanış olub, agentliyin təmiz idmanın təşviqi istiqamətində həyata keçirdiyi layihələr, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə məlumatlandırılıblar.

Qurum rəsmiləri Azərbaycanda təmiz və ədalətli idmanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirərək, bu sahədə əldə olunan nailiyyətləri xüsusi vurğulayıblar.

Görüş çərçivəsində antidopinq sahəsində testetmə və təhsil istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər gələcəkdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər