Ermənistan və ABŞ TRIPP layihəsi üzrə yeni saziş hazırlayırlar
Ermənistan və ABŞ TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi üçün hüquqi mexanizmləri nəzərdə tutan hökumətlərarası saziş hazırlayırlar.
Far.Az Oxu.az-a istinadən xəbər verir, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə bildirib.
"Ermənistanla ABŞ arasında TRIPP ilə bağlı danışıqlar səngiməyib və problemsiz davam edir. Birinci addım layihənin elan edilməsi, ikincisi - hərtərəfli addımın razılaşdırılması, dərc edilməsi və həyata keçirilməsidir. Növbəti addım hüquqi mexanizmləri təmin edəcək hökumətlərarası sazişin bağlanması olmalıdır. Buna görə də sənəd üzərində iş hazırda davam edir", - deyə o bildirib.
İranın mövqeyinə gəldikdə, Mirzoyan qeyd edib ki, İran rəsmiləri dəfələrlə açıq şəkildə bildiriblər ki, Ermənistan tərəfi onlara məlumat verib və heç bir narahatlıq yoxdur.
"Biz yalnız Ermənistan, Azərbaycan və İran da daxil olmaqla bütün qonşular üçün iqtisadi imkanlar yaradacaq nəqliyyat layihəsi haqqında danışırıq", - deyə nazir bildirib.
Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə həll və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama













