Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Far.Az xəbər saytı

Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər


Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin nizamlanması üzrə müzakirəni davam etdirmək niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Donald Tramp bu münaqişənin həllinə şəxsən diqqət yetirir.

"Şençjendə keçiriləcək APEC sammiti çərçivəsində Donald Trampla planlaşdırılan görüş zamanı münaqişənin nizamlanması ilə bağlı bütün məsələlər kompleksi üzrə müzakirələr, təbii ki, davam etdiriləcək", - Uşakov qeyd edib.

O, həmçinin bildirib ki, tərəflər APEC sammiti çərçivəsində baş tuta biləcək Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşünün məzmunu üzərində fəal işləyirlər.

"Hazırda onun məzmun baxımından zənginləşdirilməsi üzrə fəal iş gedir", - Rusiya liderinin köməkçisi deyib.

Qeyd edək ki, APEC-in (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) iqtisadiyyat liderlərinin 33-cü qeyri-rəsmi görüşü 2026-cı il noyabrın 18-19-da Çinin Quandun əyalətinin Şençjen şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər