Azərbaycan şərabının tıxacından "Armenian Wine" yazısı çıxdı
Azərbaycan istehsalı olan "Xankəndi Xindoqnı" markalı qırmızı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (Erməni şərabı) yazısı əks olunub.
Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Sözügedən məsələ Azərbaycan şərabının hazırlanmasında erməni məhsullarının istifadəsi ilə bağlı şübhə yaradıb.
Məlumat üçün bildirək ki, xindoqnı Qarabağa məxsus qədim, yerli qırmızı texniki üzüm sortudur. Bu üzümdən əsasən qırmızı şərab istehsalında istifadə olunur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məsələ ilə əlaqədar Far.Az-ə açıqlama verən sözügedən zavodun rəhbərliyi bildirib ki, şüşələrin qablaşmasının arxasındakı etiket məlumatlarına əsasən, qırmızı quru şərab növü olan "Xankəndi - 2017" Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi şəhərində yerləşən keçmiş "GİRS" şərab zavodunda istehsal edilib.
2017-ci ilin məhsulu olan bu şərab xüsusi olaraq həmin ərazidə yetişdirilən Xındoqnı üzüm növünün emalından əldə olunub.
Etiketdə həmçinin istehsalın Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 19.08.2024 tarixli DİYYM 08/24/003 nömrəli müqavilə əsasında həyata keçirildiyi, məhsulun satış təmsilçisinin isə "Gold Alko" MMC (VÖEN: 1102623721) olduğu qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













