Enzo Fernandes karyerasını "Real"da davam etdirmək istəyir
Far.Az xəbər saytı

Enzo Fernandes karyerasını "Real"da davam etdirmək istəyir


İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Enzo Fernandes karyerasını İspaniya "Real"ında davam etdirmək istəyir.

"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu Madrid klubuna keçidi özü üçün prioritet hesab edir.

Lakin "Real" rəhbərliyi hələlik yarımmüdafiə xəttini gücləndirmək üçün namizədlər barədə yekun qərar verməyib.

Fernandesin "Çelsi"nin baş məşqçisi Liam Rosenyorun oyun ideyalarını bəyənmədiyi bildirilib. Ötən yaydan bəri London klubunun rəhbərliyi futbolçu ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparsa da, tərəflər hələlik ortaq məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, E.Fernandesin "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı dünya çempionunun dəyərini 90 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Fernandes Mareskanın istefasını "Çelsi" üçün çətin an adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər