Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib
Far.Az xəbər saytı

Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib


17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununu keçirib.

"Far.Az" xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan komanda Bolqarıstanla üz-üzə gəlib.

Plovdiv şəhərindəki "Xristo Botev" stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

Azərbaycan millisinin heyətində Əli Bəşirov 39-cu dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan millisinin Bolqarıstan, Litva və Malta ilə oyunları üçün heyəti müəyyənləşib
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər