Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisi Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Komanda bu gün yarışın keçiriləcəyi İspaniyaya yola düşüb. Milli Kadis şəhərində təşkil olunacaq turnirdə C qrupunda mübarizə aparacaq. Baş məşqçi Şahin Çatmanın rəhbərlik etdiyi kollektivin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları olacaq.
Qeyd edək ki, 27–29 mart tarixlərində təşkil olunacaq AVRO-2026-nın II təsnifat mərhələsində ümumilikdə 20 komanda 5 qrupda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, yalnız qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
NETTY 2025 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilib
"Best model of Azerbaijan"ın qalibləri seçildi
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













