Avropada insanın "H9N2" quş qripi virusuna ilk yoluxma halı İtaliyada aşkar edilib
Far.Az xəbər saytı

Avropada insanın "H9N2" quş qripi virusuna ilk yoluxma halı İtaliyada aşkar edilib


İtaliya Səhiyyə Nazirliyi Avropada insanın "H9N2" quş qripi virusuna ilk yoluxma halının qeydə alındığını bildirib.

"Far.Az" xəbər verir ki, hadisə Lombardiyanın şimal bölgəsində qeydə alınıb.

İnfeksiyanın Avropadan kənar bir ölkədə "yoluxmuş quş əti və ya çirklənmiş mühit və ya materiallarla birbaşa təmas yolu ilə" baş verdiyi deyilir.

"Zəifləmiş, yanaşı xəstəlikləri olan bir şəxsdə heyvan mənşəli aşağı patogenlikli quş qripi A(H9N2) virusu aşkar edilmişdir. Hazırda o, xəstəxanadadır. Bütün zəruri testlər dərhal aparılıb və onunla əlaqə saxlayan şəxslər adi profilaktik və epidemioloji tədbirlər çərçivəsində müəyyən edilib. Hazırda heç bir ciddi problem aşkarlanmayıb və vəziyyət nəzarət altındadır", - deyə açıqlamada bildirilir.

Həmçinin qeyd olunur ki, virusun insanlarda yaratdığı xəstəlik yüngül formada keçir və virusun insandan insana ötürülməsi halları əvvəllər qeydə alınmayıb.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
Azərbaycana meymunçiçəyi testləri və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
İrandan 30 Azərbaycan, 1 İtaliya vətəndaşı təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər