Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş olub
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək parataekvondo millisi ilə görüş olub.
Qurumun mətbuat xidmətindən "Far.Az"a verilən məlumata görə, toplantıda ATF-nin vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziya qazanmış idmançıların son durumu ilə maraqlanıb, onlara yarışda uğurlar arzulayıblar.
Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, turnirdən gözləntilərini açıqlayıb. O, Paris-2024-ə hazırlıqların yüksək səviyyədə keçdiyini və federasiyanın onlar üçün bütün lazımi şəraiti yaratdığını vurğulayıb.
Parateekvondoçular da oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycan himnini səsləndirməyə çalışacaqlarını deyiblər.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçularımız Parisə avqustun 21-də yollanacaqlar.
Oxşar xəbərlər
Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətdən GÖRÜNTÜLƏR - FOTO
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













