GECO və "Zhero" arasında Qara dəniz enerji dəhlizi çərçivəsində memorandum imzalanıb
Xəzər-Qara dəniz-Avropa marşrutu üzrə "yaşıl enerji"nin ixracı layihəsi çərçivəsində yaradılmış "Yaşıl Enerji Dəhlizi" (GECO, Black Sea Energy) birgə müəssisəsi və İtaliyanın "Zhero" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, birgə müəssisənin baş direktoru Fərhad Məmmədov və "Zhero"nun həmtəsisçisi Alessandra Pasininin imzaladığı sənəd "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının öyrənilməsini nəzərdə tutur.
Memorandum çərçivəsində "Zhero"nun İtaliya və Şimali Afrika arasındakı "Medlink" təşəbbüsü çərçivəsində qazandığı təcrübəyə əsaslanaraq, irimiqyaslı enerji dəhlizlərinin yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, bu layihənin 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış saziş çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Bu sənəd Avropaya "yaşıl enerji" dəhlizinin formalaşdırılması yolunda mühüm addım olub.
Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü il tarixində Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.
Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini əlaqələndirəcək ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox (1 115 km su altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin başa çatdırılması 2032-ci ilə planlaşdırılır.
Oxşar xəbərlər
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycanda mobil telefon nömrələri 1 000 - 75 000 manata hərraca çıxarılır
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.01.2025)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













