Azərbaycanın yeniyetmə güləşçiləri Estoniyada 5 medal qazanıblar
Azərbaycan güləşçiləri Estoniyada yeniyetmələr arasında keçirilən "Tallin Open" turnirində 5 medal qazanıblar.
"Report" xəbər verir ki, 41 ölkənin təmsil olunduğu ənənəvi yarışda U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi çıxış edib ki, onların da 5-i fəxri kürsüyə qalxıb.
Fatimə Bayramova (53 kq) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, komandamız yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.
Oxşar xəbərlər
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir













